Kəmaləddin Heydərov önəmli görüş keçirdi
19:36 24 Oktyabr 2017
Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 24-də BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və UNDP-nin Azərbaycan Respublikası üzrə rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.
FHN-dən Femida.az-a bildirilib ki, nazir Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə əməkdaşlığına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb və gələcəkdə də bu münasibətlərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Qulam İshaqzai FHN-in BMT-nin müxtəlif təşkilatları ilə birgə uğurlu layihələr həyata keçirdiyindən məmnunluğunu söyləyib, səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 929
Oxşar xəbərlər
- Kəmaləddin Heydərov Zərdabda olub
- Kəmaləddin Heydərov qəbul keçirəcək
- Kəmaləddin Heydərovla görüşmək istəyirsiniz?
- Kəmaləddin Heydərov özbəkistanlı həmkarı ilə görüşüb
- Kəmaləddin Heydərov qəbul keçirdi
- Kəmaləddin Heydərov hadisə yerində - Yanğın davam edir
- Kəmaləddin Heydərov Sabirabada gedir
- Kəmaləddin Heydərov vitse-prezident təyin edildi
- Kəmaləddin Heydərov istefa verməyib - Rəsmi açıqlama
- Kəmaləddin Heydərov vətəndaşları qəbul edib