Avtobusda cibgir “iş başında” tutuldu


17:21     23 Avqust 2017 cibgir1.jpg

Sabunçu rayonu ərazisində sərnişin avtobusunda rayon sakininin cibindən pul oğurlamağa cəhd göstərmiş E.Namazov zərərçəkən şəxs tərəfindən saxlanılıb.


Daxili İşlər Nairliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində, xətt avtobusunda qəsəbə sakini İsa Hüseynovun cibindən 550 manat pulu oğurlamağa cəhd göstərmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Emil Namazov zərərçəkən şəxs tərəfindən saxlanılaraq 15-ci PB-yə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 746