Avtobusda gərgin anlar - Sürücünü boğdular


01:22     04 Sentyabr 2017 avtobus%20kamera.jpg

Bakıda sürücü və sərnişinlər arasında növbəti insident baş verib.


Hadisə 96 saylı marşrut avtobusda qeydə alınıb.
İnsident sürücünün nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamaqdan imtina etməsindən sonra baş verib. Avtobusu dayanacaqdan kənarda saxlamağa məcbur edən sərnişin nəqliyyat vasitəsi hərəkətdə ikən sürücünü sükan arxasında boğmağa cəhd edib. Sürücü avtobusu saxladıqdan sonra sərnişin onu söyərək maşından düşüb.

Açar sözlər:

Oxunub: 953