FHN sakinlər üçün çadır şəhərciyi qurur - Partlayışa görə


19:40     27 Avqust 2017 410305786.jpg

Xızır rayonunda yerləşən N saylı hərbi hissənin silah anbarında baş verən yanğın və partlayışla əlaqədər evlərindən təxliyə edilən sakinlər üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən çadır şəhərciyi yaradılır.


Femida.az xəbər verir ki, aidiyyatı dövlət qurumları tərəfindən təxliyə edilən əhalinin müvəqqəti yerləşdirilməsi, onların məişət və həyat təminatının təmin edilməsi üçün lazımi işlər görülür.

Qeyd edəkki, partlayış baş verən hərbi hissənin yaxınlığında olan Sitalçay, Giləzi, Məşədihəsənli və Şürabad kəndlərinin əhalisi ərazidən təhlükəsiz yerə təxliyyə ediliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 684