Qurban bayramı ilə bağlı əmr verildi - Nəzarət gücləndirilir
19:30 28 Avqust 2017
Bu il sentyabrın 1-2-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar dövlət baytarlıq nəzarətinin gücləndirilməsi haqqında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən (DBNX) əmr verilib.
DBNX-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əmr respublikanın rayon və şəhərlərində qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satışının və kəsiminin qarşısının alınması, ətlərin baytarlıq-sanitariya ekspertizasından keçirilməsi məqsədi ilə imzalanıb.
Əmrdə rayon, şəhər baytarlıq idarələrinin rəislərinə tapşırılır ki, Qurban bayramı ilə əlaqədar olaraq heyvanların kütləvi halda satışı və kəsimi üçün xüsusi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunması, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısının alınması, ət və ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətini gücləndirsinlər. Bu məqsədlə heyvan satışı və kəsimi yerlərinə baytarlıq mütəxəssisləri təhkim etsinlər.
Həmçinin rayon və şəhərə satış üçün gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqları barədə Baytarlıq Şəhadətnaməsinin olmasının müəyyənləşdirilməsi, bunun nəticəsindən asılı olaraq müvafiq tədbir görülməsi, qurbanlıq heyvanların qəbulunda, saxlanmasında və kəsilməsində baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsi tapşırılıb.
Femida.az
Oxunub: 1133
Oxşar xəbərlər
- Qurban Qurbanov: Həyat tərzində doğru yol tutanlar millidə olacaq
- Qurban Qurbanovdan istefa qərarı
- Qurban Qurbanovun səlahiyyətləri açıqlandı
- Qurban Qurbanov millimizin baş məşqçisi təyin edildi
- Qurban bayramında 6 nəfər ölüb - Yol qəzalarında
- Qurban bayramından sonrakı Bakının vəziyyəti
- Qurbanlıq qoyunlardan qazandığı 1 milyon pulu yandı
- Qurbanlıq qoyunların qiyməti neçəyədir?
- Qurban bayramında qasırğa olacaq - Xəbərdarlıq
- Qurban kəsilən heyvanlara əzab verənlər cərimə olunacaq