Gürcüstan vətəndaşlığının verilməsi proseduru sərtləşdiriləcək


01:12     02 Sentyabr 2017 gurcustan-bayraq.jpg

Gürcüstanda ölkə vətəndaşlığının verilməsi ilə bağlı prosedur sərtləşdiriləcək.


APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Prezident Administrasiyasının rəhbəri Giorgi Abaşişvli məlumat verib. O bildirib ki, Gürcüstan və Avropa İttifaqı arasında vizasız rejimin qüvvəyə minməsindən sonra Gürcüstan vətəndaşlığı almaq üçün müraciətlərin sayı artıb: “Yeni reallıqları nəzərə alaraq, vətəndaşlığın verilməsi prosedurunu təkmilləşdirmək lazımdır”.

G. Abaşişvli qeyd edib ki, Prezident Administrasiyası prosedurun təkmilləşdirilməsi ilə bağlı Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə məsləhətləşmələrə başlayacaq.

Qeyd edək ki, son 5 ildə 32 mindən çox əcnəbi Gürcüstan vətəndaşlığı alıb. Gürcüstan vətəndaşlığının verilməsi ilə bağlı qərarı Gürcüstan prezidenti qəbul edir.

Açar sözlər:

Oxunub: 758