Türkiyə qırıcıları Azərbaycanda - FOTOLAR
16:05 28 Avqust 2015
Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin növbəti qrupu Azərbaycana gəlib.
Femida.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, təlimlərdə 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.
Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.
Aviasiya vasitələrinin gəlişi davam edir.
Oxunub: 939
Oxşar xəbərlər
- Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq
- Türkiyə ordusu 6 terrorçunu məhv edib
- Türkiyədə terror təhlükəsi - 20 nəfər saxlanıldı
- Türkiyə və Rusiya arasında saziş imzalandı
- Türkiyədə kağız fabriki yanır
- Türkiyədəki partlayışın səbəbi bilindi - Yeniləndi
- Türkiyədə avtobus qəzası - 18 şagird yaralanıb
- Türkiyədə fövqəladə vəziyyət ləğv edilir - TARİX
- Türkiyə ordusu 3 şəhid verdi
- Türkiyə SQ-in Baş Qərargah rəisi: Azərbaycana minnətdaram