Avtobus sürücüsü sərbəst buraxıldı - Nəqliyyat Agentliyindən açıqlama


20:59     14 Sentyabr 2017 piyadani-vurub-qachan-avtobus-14092017.jpg

Bakı Nəqliyyat Agentliyi marşrut avtobusunun sürücüsünün polis tərəfindən saxlanması ilə bağlı məsələyə aydınlıq gətirib.


Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, sentyabrın 12-də saat 21:15-də Zabrat-Maştağa yolunda Hüseyn Aslanovun idarə etdiyi 90 ZU 964 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil 10 TH 203 dövlət nömrə nişanlı 131 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusu vurub.

Qəzadan sonra avtomobilin sürücüsü avtobus sürücüsündən polisə şikayət edib.

Polis əməkdaşları da həmin şikayət əsasında bu gün avtobusun sürücüsünü saxlayaraq ifadəsini alıb.

Məsələ aydınlaşandan sonra avtobus sürücüsü sərbəst buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1533