Ermənistanda vəkil həbs olundu
20:14 16 Sentyabr 2017
Ermənistanda Qayane Qaloyan adlı vəkil həbs edilib. Ermənistan KİV xəbər verir ki, bunu ölkənin Vəkillər Palatasının mətbuat katibi Tsovinar Xaçatryan bildirib.
İnformasiyaya əsasən, Qaloyan Xüsusi İstintaq Xidmətinin araşdırdığı rüşvətxorluğa dair cinayət işi çərçivəsində həbs olunub.
Xüsusi İstintaq Xidməti isə məsələyə münasibət bildirməkdən imtina edib.
Qeyd edək ki, Ermənistanda vəkillər sentyabrın 13-də etiraz tətili keçiriblər. Onlar məhkəmə zalında kimliklərinin yoxlanılmasına etiraz ediblər. Vəkillər bildirib edib ki, məhkəmə zalında onların əşyalarına keçirilən baxış daha çox axtarışa oxşayır və məhkəmə icraçılarının timsalında məhkəmə sistemi vəkillərə qarşı qanunsuz tələblər irəli sürür.(Virtual)
Femida.az
Oxunub: 660
Oxşar xəbərlər
- Ermənistandan Azərbaycana gələnlərin sayı açıqlanıb
- Ermənistanda yanacaq bahalaşdı
- Ermənistanda partlayış
- Ermənistanda zabit əsgəri vəhşicəsinə döyüb
- Ermənistanda hərbçi qəza törədib - ÖLƏN VAR
- Ermənistanda çörəyin qiyməti qalxır
- Ermənistanda general işdən çıxarılıb
- Ermənistanda prokuror rüşvət alıb
- Ermənistanda tutulan Gürcüstan vətəndaşı ekstradisiya olunacaq
- Ermənistanda tələbələr hərbi xidmətə getmək istəmir - Polislə qarşıdurma