Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək - XİN


13:03     30 Sentyabr 2017 thumbs-b-c-a4c4704ef6e7cd93225424ae4008781a-1.jpg

"Dörd Türkiyə vətəndaşının işğal olunmuş Azərbaycan ərazilərinə səfəri rəsmi orqanlarla müzakirə edilmədən həyata keçirilib".


Femida.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Müftüoğlu bəyan edib.

O bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək.

H.Müftüoğlu vurğulayıb ki, Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ankaranın rəsmi siyasətini əks etdirmir.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər edib, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 776