Evdən partlamamış hərbi sursat tapıldı


13:21     01 Oktyabr 2017 anama%20top.jpg

Müdafiə Nazirliyin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar sentyabrın 30-da yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 183 evdə mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb, 4 müxtəlif evdən 2 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd partlamış-yanmış mərmi qalıqları və 2 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 1 140 kv.m (0.11 ha) ərazi yoxlanılıb.


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, ümumiyyətlə, 34 gün ərzində 10 625 ədəd partlamamış hərbi sursat (PHS), 4 372 ədəd partlamış-yanmış sursat qalıqları və 19 248 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 40 061 228 kv.m (4 006 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 7 657 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb

Açar sözlər:

Oxunub: 907