Evdən oğurluq edən şəxs tutulub


18:19     02 Noyabr 2017 2b663219-410c-42db-99bc-1afe8aec98f5.jpg

Gədəbəydə evdən oğurluq edən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Gədəbəy RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mənzillərdən birindən oğurluq edən şəxs tutulub.

Rayonun Slavyanka kənd sakini olan bir qadın RPŞ-yə müraciət edərək ona məxsus evdən oğurluq olunduğunu bildirib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən edilib və o saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Aparılan araşdırmalar zamanı Slavyanka kənd sakini Ədalət Rzayev etiraf edib ki, pəncərəsini sındıraraq daxil olduğu evdən yataq dəstləri, məişət əşyaları, bir ədəd qadın əl çantası, 5000 rubl və 70 manat oğurlayıb.

RPŞ əməkdaşları oğurlanan məişət əşyalarını maddi sübut kimi götürsələr də, saxlanılan şəxs pulu xərclədiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 741