Evdən 50 min manatlıq qızıl oğurladı - 10 il həbs


16:23     10 Noyabr 2017 hebs%20omur3.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vüsal Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Femida.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V. Əhmədov Xələf Nəsirov adlı şəxsin evindən 50 min manatlıq qızıl əşyalar oğurlayaraq Dağıstanda satmaqda ittiham edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 651