Evdən meyiti tapıldı


00:12     07 Oktyabr 2017 big_1405799282_meyit.jpg

Xətaidə mənzildə 50 yaşlı qadın meyiti tapılıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1967-ci il təvəllüdlü Rubakova Valentina Vladimirovnanın meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 765