Evdən 4 min manat oğurlandı


16:27     11 Dekabr 2017 1446013848_ogurluq1.jpg

Salyanda evdən 4 min manat oğurlanıb.


Daxili İşlər Nazirliyini Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, bu il dekabrın 9-da “102 Zəng Mərkəzi” Xidmətindən Salyan Rayon Polis Şöbəsinə rayon sakini Pərvanə Nağıyevaya məxsus mənzildən 4 min manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polisə dəvət edilən P.Nağıyeva pulunun bir gün əvvəl Lənkəranda olduğu müddətdə oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Həsən Qəmbərov şübhəli şəxs qismində saxlanılıb.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib. Ətrafında aparılan tədbirlərlə onun oğurladığı pulun 400 manatını yaşadığı həyətdə basdırdığı müəyyən edilib və həmin pullar maddi sübut kimi götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 965