Maşını qaçırdı, qəza törətdi - İki piyadanı yaraladı
17:27 06 Oktyabr 2017
Qəbələ sakini qaçırdığı maşınla 4 avtomobili və iki piyadanı vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 5-də saat 2 radələrində DİN-in “102 Zəng Xidməti”nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və Bakı şəhər sakini Fərid Quliyevə məxsus “Mercedes” markalı avtomobilin Mərdanov qardaşları küçəsindən qaçırıldığı müəyyən edilib. Görülmüş tədbirlərlə avtomobil Ə.Topçubaşov küçəsində əzilmiş vəziyyətdə aşkar edilib.
Araşdırmalarla avtomobili qaçıran şəxsin Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Alməmmədov olması müəyyən edilib və o saxlanılıb.
Həyata keçirilən tədbirlərlə o da müəyyən edilib ki, V.Alməmmədov sərxoş vəziyyətdə həmin avtomobili idarə edərkən Ə.Hüseynzadə küçəsində yolun kənarında dayanmış “KİA”, “Mercedes”, “Opel” və “Dacia” markalı 4 avtomobili, habelə yolu keçən paytaxt sakinləri Soltan Rəhmanovu və Asif Təhməzovu vurub. Xəstəxanaya yerləşdirilən S.Rəhmanova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, A.Təhməzovun vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Nəsimi RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
Femida.az
Oxunub: 836
Oxşar xəbərlər
- Maşının qapısını qırıb Saakaşvilini azad etdilər
- Maşını piyadaların üzərinə sürdü - 6 yaralı
- Maşının təkərini dəyişərkən ağır xəsarət aldı
- Maşını bu halda tərk etmək qanunsuzdur
- Maşınından silah və narkotik tapıldı
- Maşınından 10 kiloqram narkotik gizlətdi
- Maşını müsəlmanların üstünə sürdü - Nyukaslda hadisə
- Maşınını təmirə gətirdi, ehtiyatsızlıqdan ustanı öldürdü
- Maşının təkərlərindən 28 min siqaret çıxdı
- Maşının şüşəsini sındırıb bahalı telefonu oğurladılar