Kərə yağı ilə bağlı daha bir açıqlama yayıb
19:11 06 Oktyabr 2017
Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən kərə yağları ilə bağlı növbəti dəfə açıqlama yayıb.
Femida.az xəbər verir ki, açıqlamada bildirilir ki, Azərbaycana idxal olunan yağ məhsullarının qiymətləri ilə əlaqədar DGK tərəfindən xarici ticarətin statistikasına və mal nomenklaturasına uyğun olaraq 9 ay ərzində ümumiləşdirilərək yağ məhsullarının bütün çeşidlərinin, eləcə də idxal olunan ölkələr (Almaniya, Yeni Zelandiya və daha yaxın məsafədə yerləşən qonşu ölkələr-Rusiya Federasiyası, Ukrayna, Belarus və s.) nəzərə alınaraq orta statistik qiyməti və digər məlumatlar bundan əvvəlki açıqlamada öz əksini tapıb: “Əlavə olaraq daha detallaşdırılmış yağ məhsulları çeşidləri daxilində kərə yağına gəldikdə isə bu məhsulun cari ilin sentyabr ayı üçün orta statistik qiyməti 5.20 ABŞ dolları təşkil edir.
Nəzərə almaq lazımdır ki, idxal əməliyyatları zamanı gömrük dəyəri gömrük orqanlarına təqdim edilən xarici ticarət müqavilələrində müəyyən olunan satış qiymətləri, göndərmə şərtləri əsasında formalaşır və müvafiq gömrük ödənişləri hesablanır. Gömrük ödənişləri ödənildikdən sonra məhsul sərbəst dövriyyəyə buraxılır”.
Femida.az
Oxunub: 2431
Oxşar xəbərlər
- Kərə yağı ucuzlaşacaq - Rüsum 3 dəfə azaldılır
- Kərə yağı ucuzlaşacaq
- Kərə yağının qiyməti ucuzlaşa bilər
- Kərəm Həsənov qəbul keçirdi
- Kərə yağı niyə bahalaşıb? - Komitə sədrindən açıqlama
- Kərəm Həsənov vətəndaşları qəbul edib
- Kərəm Həsənov qəbul keçirəcək
- Kərəm Həsənov Şabranda qəbul keçirdi
- Kərəm Həsənov vətəndaşlarla görüşəcək
- Kərəm Həsənov Ağdamdadır