Kərə yağının qiyməti ucuzlaşa bilər
13:11 07 Noyabr 2017
Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır.
Femida.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.
İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədədir.
Femida.az
Oxunub: 924
Oxşar xəbərlər
- Kərə yağı ucuzlaşacaq - Rüsum 3 dəfə azaldılır
- Kərə yağı ucuzlaşacaq
- Kərəm Həsənov qəbul keçirdi
- Kərə yağı niyə bahalaşıb? - Komitə sədrindən açıqlama
- Kərə yağı ilə bağlı daha bir açıqlama yayıb
- Kərəm Həsənov vətəndaşları qəbul edib
- Kərəm Həsənov qəbul keçirəcək
- Kərəm Həsənov Şabranda qəbul keçirdi
- Kərəm Həsənov vətəndaşlarla görüşəcək
- Kərəm Həsənov Ağdamdadır