Türkiyə və Özbəkistan arasında 22 müqavilə imzalanıb


13:31     26 Oktyabr 2017 Ozbekistan8.jpg

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan prezidenti Şavkat Mirziyoyev aralarında görüş keçirilib.


Femida.az xəbər verir ki, ölkələr arasında prezidentlər səviyyəsində görüş 20 illik fasilədən sonra baş tutub.

"Prezidentlər səviyyəsində görüş 20 illik fasilədən sonra baş tutdu, buna görə də bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz Mirziyoyevlə təkbətək görüş keçirdik, daha sonra heyətlərlə danışıqlar apardıq. Görüşlər çox məhsuldar oldu", - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, ölkələr arasında 22 müqavilə imzalandı, daha 4-ü isə bu gün İstanbulda imzalanacaq.

Qeyd olundu ki, "Türk Hava Yolları" aviaşirkəti İstanbul və Səmərqənd arasında gələn ilin martın 16-dan müntəzəm uçuşlara başlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1057