Goranboyda yol qəzası, ölən və xəsarət alan var


13:53     30 Oktyabr 2017 qeza%20yeni8.jpg

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az-ın verdiyi məlumata görə, rayonun Xan Qərvənd kəndində “VAZ-2106” markalı avtomobili yük maşını ilə toqquşun. Nəticədə “VAZ”-ın sərnişini hadisə yerində ölüb, sürücü isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1081