Goranboyda əməliyyat - Saxta polis tutuldu
21:53 15 Noyabr 2017
Özünü Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutulub.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Femida.az -a verilən məlumata görə, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin və Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində dələduzluq faktı aşkarlanıb.
Rayonun Muzdurlar kəndində yaşayan qadının evinə gələn naməlum şəxs özünü Rusiya Federasiyası hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. Adının Ələddin olduğunu deyən həmin şəxs ev sahibəsinin oğlu Raminin Rusiyaya girişinə qadağa qoyulduğunu, lakin istədiyi məbləğin ödəniləcəyi təqdirdə həmin qadağanı ləğv etdirəcəyini bildirib. Ev sahibəsinin oğlu isə bir il əvvəl Moskva şəhərində oğurlanmış avtomobilinin tapılması ilə əlaqədar təcili bu ölkəyə getməli olduğundan həmin şəxsə tələb etdiyi 5000 manatı verib.
Moskvada olarkən hüquq-mühafizə orqanlarında Ələddin adlı azərbaycanlının işləmədiyinə əmin olan Ramin sonda aldadıldıqlarını başa düşüb.
Oktyabrın 11-də Raminin anası Goranboy RPŞ-yə müraciət edərək üzləşdiyi dələduzluq hadisəsi barədə məlumat verib.
Araşdırmalarla dələduzluq edən şəxsin Samux rayonunun Ağasıbəyli kənd sakini Ələddin Novruzov olduğu müəyyən edilib, həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1781
Oxşar xəbərlər
- Goranboyda tapılan çeçen qadınla bağlı - Rəsmi açıqlama
- Goranboyda marketdə kütləvi dava - Ölən və yaralanan var
- Goranboyda partlayış - Xəsarət alanlar var
- Goranboyda piyada ölümü olub
- Goranboyda dəhşətli qəza - 3 nəfər ölüb
- Goranboyda qəza -Yaralanan var
- Goranboyda yol qəzası, ölən və xəsarət alan var
- Goranboyda qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
- Goranboyda pambıq tayası yanıb
- Goranboyda qəza: 3 nəfər xəsarət alıb