Goranboyda qəza -Yaralanan var


22:58     29 Noyabr 2017 1359952125_qeza-avariya-mainyeni.jpg

Goranboy rayonunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.


Hadisə rayonun Nadirkənd kəndinə gedən yolda qeydə alınıb. “KamAZ” və “QAZ 24” markalı avtomobillərin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 537