Goranboyda dəhşətli qəza - 3 nəfər ölüb


13:08     13 Dekabr 2017 1359952125_qeza-avariya-main.jpg

Goranboyda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Rayonun Səfikürd kəndində ağır tonnajlı yük avtomobili “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”da olan 3 nəfər ölüb. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub və meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 2176