Ermənistanda məhbuslar qiyam qaldırdılar


18:11     01 Noyabr 2017 turme-mehbus.jpg

Ermənistan Ədliyyə Nazirliyinin Gorus islah-əmək müəssisəsində məhbuslar yataq dəstlərini yandırıb, kameraların qapılarını sındırıblar.


Femida.az xəbər verir ki, hadisə oktyabrın 31-də gecə saatlarında olub.
Ermənistan İstintaq Komitəsi və İslah-Əmək Müəssisəsinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı məhbuslar və məhkumlar arasında münaqişə yaranıb.

Onlar kameraların qapılarını sındırıb, bir-birilərini təhqir etməyə başlayıblar. Məhbusların bəziləri yanan yataq ləvazimatlarını və məişət əşyalarını kameranın pəncərəsindən bayıra atıblar.

Məhbuslar və məhkumlar arasında xəsarət alan və ölən olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 956