Səudiyyə Ərəbistanında 11 şahzadə həbs edildi - Korrupsiyaya görə


13:55     05 Noyabr 2017 bb598585cef34ab38c8f07ba0ecbe09d_18.jpg

Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin həbs edilməsinə dair qərar qəbul edib.


Femida.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, şahzadələrdən biri silah-sursatın tədarükü ilə bağlı qanunsuz sazişlər imzaladığı üçün həbs edilib. Digər şahzadə saxta müqavilələr imzalamaqda, daha biri isə pulların “yuyulması”nda ittiham olunur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi kralın fərmanı ilə dünən, noyabrın 4-də yaradılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1022