Səudiyyə Ərəbistanı bu banka 2 milyard dollar yatıracaq
15:57 12 Noyabr 2017
Səudiyyə Ərəbistanı yerli valyuta olan rialın dəstəklənməsi üçün Yəmənin Mərkəzi Bankına (MB) 2 milyard dollar məbləğində depozit yatıracaq.
Femida.az xəbər verir ki, bu barədə şənbə günü Yəmən prezidenti Əbd Rəbbo Mansur Hadinin bəyanatına istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.
"Səudiyyə hökuməti yerli valyutanın sabitləşdirilməsi məqsədi ilə Yəmən Mərkəzi Bankına 2 milyard dollar köçürəcək", - deyə prezident Ər-Riyadda Yəmən hökumətinin üzvləri ilə görüşündə bildirib.
Müşavirə zamanı Yəmən prezidenti Səudiyyə vəliəhdi Məhəmməd bin Salman əs-Səudla apardığı danışıqların nəticələri barədə məlumat verib.
Hadinin sözlərinə görə, vəliəhd eyni zamanda infrastrukturun bərpa edilməsi, təhsilin inkişafı, Yəmən iqtisadiyyatının digər sahələri və sosial sektora əhəmiyyətli məbləğdə vəsait ayırmağa hazır olduğunu bildirib.
"Bu vəsaitlər 2018-ci ilin əvvəlindən ölkəyə daxil olmağa başlayacaq", - deyə Yəmən prezidenti qeyd edib.
Hazırda Yəmən valyutasının məzənnəsi 1 dollar üçün 440 rial təşkil edir. Rəsmi Yəmən hökumətinin məlumatına görə, ölkədə silahlı münaqişə başlayandan dinarın məzənnəsi 100 faizdən çox düşüb və düşməkdə davam edir ki, bu da qiymətlərin, ilk növbədə ən vacib gündəlik tələbat mallarının qiymətinin daim artmasına səbəb olur.
Femida.az
Oxunub: 800
Oxşar xəbərlər
- Səudiyyə Ərəbistanda daha 11 şahzadə həbs olunub
- Səudiyyə kralının sarayına raket atıldı
- Səudiyyədə daha bir qadağa aradan qaldırılır
- Səudiyyə Ərəbistanı Yəməni bombaladı - 39 ölü var
- Səudiyyə Ərəbistanında korrupsiya qalmaqalı böyüyür
- Səudiyyədə növbəti həbs dalğası - Kral ailəsinin üzvləri həbs olunub
- Səudiyyə Ərəbistanında 11 şahzadə həbs edildi - Korrupsiyaya görə
- Səudiyyə Ərəbistanına ballistik raket atıldı
- Səudiyyədə qadınlar da maşın sürəcək
- Səudiyyədən Qətərə güzəşt