Səudiyyə Ərəbistanında korrupsiya qalmaqalı böyüyür


00:57     10 Noyabr 2017 misir%20erebistan.jpg

Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mujib korrupsiya işi təhqiqatı çərçivəsində 208 nəfərin saxlanıldığını bildirib.


Femida.az xəbər verir ki, bu barədə "Əş-Şark əl-ausat" qəzeti məlumat yayıb.
Baş prokuror 7 nəfərin azadlığa buraxıldığını qeyd edib. "Korrupsiya işi təhqiqatı ilə əlaqədar saxlanılmış 208 nəfərdən 7-i azadlığa buraxılıb", - deyə baş prokuror qeyd edib.
O, istintaq sirri ilə əlaqədar saxlanılanlar haqqında şəxsi məlumatları açıqlamaqdan imtina edib.

Açar sözlər:

Oxunub: 655