İraq Azərbaycanla bağlı xəbəri təkzib etdi


23:59     09 Noyabr 2017 Flag_of_Iraq_(2004-2008).svg.png

İraqın Müdafiə Nazirliyi bu ölkədə İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadının saxlanılması barədə xəbərləri təkzib edib.


Femida.az -ın xəbərinə görə, bu barədə RİA "Novosti" İraqın Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Saxlanılanlar var, lakin sayları çox deyil və onlar müxtəlif millətlərin nümayəndələridir",- deyə mənbə KİV-ə bildirib.
Qeyd edək ki, bir müddət əvvəl iraqlı deputat Vian Dahil 512 rus və 200 azərbaycanlı qadının İŞİD-lə əlaqədə olması şübhəsi ilə saxlanıldığnı açıqlayıb.

Açar sözlər:

Oxunub: 668