İraq və Suriyadakı azərbaycanlıların qaytarılması üçün dövlət proqramı hazırlanır
16:26 15 Noyabr 2017
Suriya və İraqda olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün dövlət proqramı hazırlanır.
Femida.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib. Qurum rəsmisinin sözlərinə görə, bu, qlobal məsələdir:
“Bu məsələni dövlət öz üzərinə götürüb və proqram hazırlayır. Artıq ilk addımlar atılıb, bir uşaq Azərbaycana qaytarılıb. Lakin bu prosesdə dövlətlərarası müstəvidə ciddi araşdırmalara, məsələlərin izahına ehtiyac var və bu problemləri həll etmək lazımdır. Ən sadə halda başqa bir ölkədə vəfat etmiş azərbaycanlının ölkəyə gətirilməsi uzun müddət çəkir. Müvafiq qayda-qanunlar, razılıqlar əldə ediləndən sonra insanların Azərbaycana gətirilməsi həyata keçirilməlidir. Bu istiqamətdə dövlət işləyir və proqram hazırlayır. Vətəndaşların hansı yolla bu ölkələrə getməsi, aldadılması və digər məsələlər öyrəniləcək. İndiki mərhələdə vətəndaşlarımızın ölkəmizə gətirilməsi üçün ciddi səy göstərilir” , - deyə komitə rəsmisi vurğulayıb.
Femida.az
Oxunub: 973
Oxşar xəbərlər
- İraqda ardıcıl 2 güclü zəlzələ oldu
- İraqda silahlı hərəkat dövlətə təslim oldu
- İraq Kərkük nefti ilə bağlı İranla anlaşdı
- İraqda İŞİD üzərində qələbəni belə qeyd edəcək
- İraqda 40 uşağın cəsədi aşkarlandı
- İraq qana boyandı - 24 nəfər öldü,60 nəfər yaralandı
- İraq Azərbaycanla bağlı xəbəri təkzib etdi
- İraqda yüzdən çox azərbaycanlı qadın və uşaq var - Nazirdən açıqlama
- İraqla Bərzani arasında razılıq - Atəşkəs elan olundu
- İraqın baş naziri Türkiyəyə danışıqlara gedir