Türkiyə səfirliyi Gülənlə bağlı xəbərləri təkzib etdi


19:44     12 Noyabr 2017 1416481758_1416412816_gulen-f.jpg

Türkiyənin Vaşinqtondakı səfirliyi terrorçu Fətullah Gülənin ABŞ-dan oğurluğu və Türkiyəyə göndərilməsi cəhdi haqqında iddiaları təkzib edib.


Türkiyənin bu ölkədəki diplomatik missiyasının bəyanatında vurğulanır ki, Ankara 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhd planlaşdırmış cinayətkar Gülənin ekstradisiyasına hüquqi yolla nail olmaq niyyətindədir.

"Cinayətkar qrupun üzvləri tərəfindən edilmiş bütün cinayətlərin arxasında Gülən dayanır, türk xalqı son dərəcə narahatdır və o faktdan təəccüblənib ki, belə şəxs hələ də ABŞ-da sığınacağı tapır", - deyə səfirliyin açıqlamasında bildirilir.

Türkiyə Gülənin və onun tərəfdarlarının cinayətkar mahiyyətini və Amerika-Türkiyə razılaşmalarını nəzərə alaraq, terror təşkilatının başçısının ekstradisiyasının tələb edilməsini izah etmək üçün ABŞ-ın vəzifəli şəxsləri ilə aktiv əlaqələri davam etdirəcək. (Report)

Açar sözlər:

Oxunub: 780