Özünü yandıran Ağdam sakini polisi şantaj edibmiş...
00:29 15 Noyabr 2017
Bu gün Ağdamda özünü yandırmağa cəhd göstərmiş 1970-ci il təvəllüdlü Bəhlul Əmirovla bağlı təfərrüatlar məlum olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə Trend-ə açıqlamasında bildirib ki, bu, B.Əmirovun artıq 4-cü özünə qəsd faktıdır.
Rəis müavini qeyd edib: "Əvvəllər dəfələrlə məhkum edilmiş Bəhlul Əmirov adının hallandığı sonuncu xırda talama faktı üzrə aparılan araşdırmdan narazı olduğu üçün istintaq orqanları qarşısında qanunsuz tələblər irəli sürərək, işin gedişatına həyatına qəsd etməklə təsir göstərməyə çalışıb. Bu, artıq ilk şantaj fakt deyil ki, o, həyatına qəsd edərək polisə, hüquq-mühafizə orqanlarına təzyiq göstərməyə çalışır. Çox təəssüf doğurucu haldır ki, bu şəxs artıq həyatına qəsd etməyi pis vərdiş halına çevirib".
O.Mansurzadə vurğulayıb ki, hadisə baş verən zaman ərazidə xidmət aparan mühafizə polisi əməkdaşlarının ayıqlığı və çevik reaksiyası nəticəsində B.Əmirovun həyatı xilas edilib.
Femida.az
Oxunub: 1185
Oxşar xəbərlər
- Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- Özünü Kür çayına atdı
- Özünü tövlədə asdı
- Özünü yandıran meyxanaçıyla bağlı ilginc faktlar - YENİLƏNİB
- Özünü `polkovnik` kimi təqdim edən dələduz danışdı - VİDEO
- Özünü bıçaqladı
- Özünü quyuya ataraq intihar edib
- Özünü su quyusuna atdı - Şamaxıda intihar
- Özünü 12 metrlik su quyusuna atdı - Şamaxıda intihara cəhd