Türkiyədə ardıcıl iki zəlzələ baş verib


13:13     27 Noyabr 2017 zelzele%201.jpg

Türkiyədə ardıcıl iki zəlzələ qeydə alınıb.


Femida.az-ın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir. 3,0 bal gücündə ilk zəlzələ ölkənin qərbində, Muğla şəhərindən 24 km cənub-şərqdə qeydə alınıb. Onun ocağı 5 km dərinlikdə yerləşib.

İkinci zəlzələ ölkənin şərq bölgəsində, Bingöl şəhərindən 25 km şimalda qeydə alınıb. 3.2 bal gücündə olan yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 480