Ukraynada münaqişə zamanı ölənlərin sayı açıqlandı


02:19     09 Sentyabr 2015 64012.jpg


Ukraynanın şərqində başlayan silahlı münaqişə nəticəsində 8 minə yaxın insan ölüb, 18 minədək şəxs isə yaralanıb.
Femida.az xairici KİV-ə istinadən xəbər verir ki, bu haqda BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn Ukraynadakı vəziyyətlə bağlı Cenevrədə yayılan növbəti - 11-ci hesabatı şərh edərkən bildirib.

"2014-cü il aprelin ortalarından Ukraynada başlayan münaqişə nəticəsində 7 min 962 nəfər (ukraynalı hərbçilər, mülki şəxslər, silahlı qruplaşmaların üzvləri) həyatını itirib, azı 17 min 811 nəfər isə yaralanıb", - hesabatda qeyd edilib.

Açar sözlər:

Oxunub: 707