Vergilər naziri İtaliya səfiri ilə görüşdü


22:40     15 Yanvar 2018 mikayil%20cabbarov.jpg

Bu gün Vergilər naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Augusto Massari ilə görüşüb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişafı, hər iki ölkənin vergi xidmətləri arasında əməkdaşlıq, o cümlədən təcrübə mübadiləsi məsələləri müzakirə edilib, həmçinin Azərbaycanın regionlarında xarici investorlar üçün yaradılmış şərait, sənaye və texnologiyalar parklarında mövcud olan vergi və digər güzəştlər sistemi barədə fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər: Vergilər   Nazir   İtaliya  

Oxunub: 369