Birinci müavin də göndərilir - Vergilər Nazirliyindən


16:52     18 Yanvar 2018 18_01_18_1516265613.jpg


Vergilər Nazirliyində əsaslı kadr islahatları davam edir. Femida.az-ın Modern.az-a istinadən məlumatına görə, vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov da məzuniyyətə göndərilir.



Məlumatda bildirlir ki, Sahir Məmmədxanovun fevralın 4-də məzuniyyətdə olacağı gözlənilir.

Mənbə bildirib ki, Sahir Məmmədxanovun məzuniyyət müddətində sərəncama göndəriləcəyi istisna olunmur. Bu isə o deməkdir ki, yeni vergilər naziri köhnə birinci müavinlə işləmək istəmir. Belədə Sahir Məmmədxanovun vəzifədən uzaqlaşdırlacağı gözlənilir.

Əldə etdiyimiz məlumata görə, birinci müavin son bir neçə iqtisadi tədbirdə nazirliyi təmsil etməli olsa da, onu başqası əvəzləyib.

Qeyd edək ki, Sahir Məmmədxanov Vergilər Nazirliyindəki köhnə komandanın ən uzunmüddətli kadrlarından sayılır. O, 1993-cü ildən vergi sistemində işləməyə başlayıb. Sonrakı müddətlərdə müxtəlif vəziflər tutub.

2009-cu ilin martından vergilər nazirinin müavini,2016-cı ilin martından isə birinci müavini vəzifəsinə yüksəlib.

Femida.az

Açar sözlər: Vergilər   Nazirliyi   Sahir   Məmmədxanov   femida.az  

Oxunub: 2335