13 gün dözə bildi... - Qaxda bədbəxt hadisə


01:17     31 Yanvar 2018 xestexana_012548.jpg

Qaxda 13 gün əvvəl su kanalına yıxılan 78 yaşlı kişi xəstəxanada ölüb.


Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsində müalicə alan, 1940-cı il təvəllüdlü Qax şəhər sakini Nemət Məhəmməd oğlu Maqsudov bu gün saat 11:50 radələrində ölüb.

Qeyd edək ki, 78 yaşlı Nemət Maqsudov yanvar ayının 17-i Qax şəhəri, İ. Dağıstanlı küçəsindəki su kanalının üstündəki körpüdən keçərkən ehtiyatsızlıqdan kanala yıxılmışdı. Bədbəxt hadisə nəticəsində ağır kəllə-beyin travması alan Nemət Maqsudovun müalicəsi yanvar ayının 17-dən Qax MRX-nın reanimasiya şöbəsində aparılırdı.

Femida.az

Açar sözlər: #Xəstəxana   #Qax  

Oxunub: 1366