Bakıda narkobaron tutuldu - FOTO
16:39 01 Fevral 2018
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Arif İsmayılov tutularaq polis idarəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman 1 bükümdə çəkisi 4 qramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq A.İsmayılovda əlavə narkotik maddənin olduğu müəyyən edilib. İfadəsində saxlanılan şəxs yaşadığı evin yaxınlığında ona məxsus gizlətdiyi külli miqdarda narkotik vasitənin yerini polis əməkdaşlarına göstərib. Həmin ünvana baxış keçirilən zaman 1 kiloqram 640 qram heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində külli miqdarda narkotik vasitəni Cəlilabad rayonundan istintaqa məlum olmayan mənbədən əldə etdiyini və satmaq məqsədi ilə yaşadığı Qobustan rayonuna gətirdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 868
Oxşar xəbərlər
- Keçmiş məhkum Bakı sakininin bank hesabından 800 manat oğurlayıb
- Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb
- Keçmiş məhkum kənd məscidinin nəzir qutusunu qarət etdi
- Şamaxıda keçmiş məhkumun daşla öldürülməsi ilə bağlı cinayət işi açılıb
- Şamaxıda keçmiş məhkum daşla vurularaq öldürülüb
- Göygöldə evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb
- Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb
- Keçmiş məhkumlardan kimlərə birdəfəlik müavinətin verildiyinə aydınlıq gətirilib
- Bakıda söyüş üstündə adam bıçaqlayan keçmiş məhkuma hökm oxunub
- Göyçayda keçmiş məhkumdan odlu silah götürülüb