AŞ PA həmməruzəçilərinin Azərbaycana səfəri planlaşdırılmır


18:58     08 Fevral 2018 2018/02/aspa-hemmeruzeciler_1518087764.jpg

Hazırda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfəri planlaşdırılmır.


Bu barədə məlumatı Femida.az-a AŞ PA-nın mətbuat xidmətindən veriblər.

Qeyd edək ki, bir neçə gün əvvəl AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak "Twitter" səhifəsində gözlənilən səfər barədə məlumat vermişdi.

S.Şennak qeyd etmişdi: “Novruz yaxınlaşır, həmçinin seçkilər və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tarixi yaxınlaşır. Biz çoxlu sayda məhbusun azad ediləcəyinə ümid edirik”.

Femida.az

Açar sözlər: #həmməruzəçi   #Monitorinq   #AŞPA  

Oxunub: 566