Metroda qorxulu hadisə - Qadın qatarın altına yıxıldı


23:50     13 Fevral 2018 metro20150915.jpg

Bu gün metroda qısa müddətli gecikmə baş verib. Buna səbəb qadının qatarın altına yıxılması olub.


Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, hadisə bu gün saat 18:49 radələrində metronun "İnşaatçılar" stansiyasında baş verib:

"Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına "İnşaatçılar" stansiyasında bir xanım düşüb. İntihar deyil. Yıxılıb. Xəsarət almayıb. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub. Hələ
kimliyini müəyyən edə bilməmişik".

Açar sözlər:

Oxunub: 673