Bakıda 2 qadın ərəb turistləri soydu


21:15     21 Fevral 2018 18_02_21_1519219061.jpg


Bakıda iki qadın ərəb turistlərinin pullarını və şəxsiyyət vəsiqələrini oğurlayıb.

Femida.az-ın məlumatına görə, paytaxtda turist kimi səfərdə olan Bəhreyn vətəndaşları -1998-ci il təvəllüdlü Mujjeb Ahmed Naser Bahrahi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, həmyerlisi 1998-ci il təvəllüdlü Yaser Mohomed Saleh ilə birlikdə Cəfər Cabbarlı küçəsində yerləşən oteldə olan zaman adını bilmədiyi iki qadın tərəfindən onların 300 dinar pulları və pasportları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #turist   #ərəb   #Bakı   #qadın  

Oxunub: 1092