Qadının daxili orqanından narkotik çıxdı
19:09 14 Mart 2018
Narkotik vasitələrin gömrük nəzarətindən yayınmaq üçün ən çirkin üsullardan istifadə etməklə ölkə ərazisinə gətirilməsilə bağlı daha bir fakt qeydə alınıb.
Bu barədə Femida.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Məlumata görə, bu hal DGK-nın Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda baş verib. İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana birlikdə piyada gələn ölkə vətəndaşları saxlanılıb. Ələsgərov və Ağayeva soyadlı həmin vətəndaşların üzərində şəxsi yoxlama zamanı tibbi baxışa zərurət yarandığı üçün onların daxili orqanları rentgen müayinəsindən keçirilib.
Nəticədə, xanım vətəndaşın cinsiyyət orqanında narkotik vasitələr - 1 bükümdə xalis çəkisi 7,626 qram olan heroin, 1 bükümdə xalis çəkisi 0,382 qram olan tiryək, 79 ədəd metadon adlı həb və güclü təsiredici maddə - 138 ədəd preqabalin adlı dərman preparatı aşkar edilib.
Fakt üzrə ilkin izahatında Ələsgərov soyadlı şəxs bu əməli Ağayeva ilə birlikdə törətdiyini etiraf edib. O, vətəndaş nigahında yaşadıqlarını, İranda olarkən adı çəkilən maddələri birlikdə əldə etdiklərini və həmin maddələri Azərbaycan ərazisinə qeyd edilən çirkin üsuldan istifadə etməklə gömrük nəzarətindən gizli keçirmək istədiklərini bildirib. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 813
Oxşar xəbərlər
- Rusiyada 82 nəfər kəskin bağırsaq infeksiyasına yoluxub
- Bakıda iyrənc şəraitdə bağırsaq emal edən müəssisə aşkarlandı - FOTOLAR
- Yeni bağırsaq supermikrobu yayılır – Yalnız bu şəxslər qoruna biləcək
- İnsanın ölümü bağırsaqlarından başlayır — Sizi xilas edəcək RESEPT
- Uşağın bağırsaqlarından 64 ədəd maqnit çıxarıldı
- Bu əlamətlər varsa... - Bağırsaq xərçəngindən şübhələn
- Bağırsağından narkotik çıxdı
- Bağırsağında narkotik keçirmək istədi, gömrükdə yaxalandı
- Azərbaycana bağırsağında narkotik gətirdi
- Mahaçqalada bağırsaq infeksiyası - 360 nəfər xəstəxanaya yerləşdirildi