Hindistanda mehmanxana uçdu: 9 ölü


14:02     01 Aprel 2018 2018/04/hindistan-tecili_1522560888.jpg

Hindistanın İndor şəhərində dördmərtəbəli mehmanxana uçub.

Trend-in yerli "The Asian Age" qəzetinə istinadən verdiyi məlumata görə, binanın uçması nəticəsində 9 nəfər həlak olub, 10 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

Şəhərin meri İndaur Malini Qaur bildirib ki, binanın dağıntıları altında insanların qaldığı ehtimal edilir. Axtarış-xilasetmə işləri davam etdirilir.

Binanın uçmasının səbəbi barədə məlumat verilmir.

Femida.az

Açar sözlər: #Hindistan   #mehmanxana   #Bina  

Oxunub: 478