Şimali Koreya nüvə silahından imtina etməyə hazırdır


22:35     09 Aprel 2018 2018/04/5acb64a573514_5kim293627_511975_1523279593.jpg

Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəsmiləri bildiriblər ki, ABŞ prezidenti Donald Trampla görüşdən sonra nüvə silahından imtina etməyə hazırdırlar.


Bu barədə "Reuters" agentliyi Dövlət Departamentindəki mənbəsinə istinadən məlumat yayıb.

Şimali Koreya lideri Kim Çen In amerikalı həmkarı Donald Trampla görüş zamanı Koreya yarımadasında nüvə silahsızlaşdırılması ilə bağlı müzakirə aparacaqlar.

Agentlik iddia edir ki, Şimali Koreya ilə ABŞ arasında gizli danışıqlar çoxdan başlayıb.

Mart ayında koreyalı nümayəndələr rəsmi dəvət etmək üçün Ağ Evdə olsalar da, prezidentlərin nə vaxt və hansı ölkədə görüşəcəyi ictimaiyyətə açıqlanmır.

Femida.az

Açar sözlər:

Oxunub: 901