Gəncədə yanğın - 6 nəfər təxliyə edilib


13:11     16 Aprel 2018 yangin_38673636.jpg

Gəncədə yanğın hadisəsi baş verib.

FHN-dən Femida.az-a verilən məlumata görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 60 kv.m sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı binadan 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Gəncə   #yanğın  

Oxunub: 560