İmtahansız Kollegiyaya qəbul olunan vəkillər kimdir? - DOSYE


20:23     25 Aprel 2018 2018/04/alishqasimovhuquqshunas_1524658795.jpg

Bakı Dövlət Universitetinin 2 müəlliminə vəkil statusu verilib.


Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Vəkillər Kollegiyasından məlumat verilib.

Məlumatda bildirilir ki, Bakı Dövlət Universitetinin hüquq elmləri doktoru Alış Qasımov və Mayis Əliyev Azərbaycan Vəkillər Kollegiyasına üzv qəbul olunaraq vəkil statusu əldə ediblər:

"Qanunvericiliyə əsasən hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər heç bir imtahanda iştirak etmədən vəkil ola bilirlər. Kollegiya sədri də həmin qanunvericiliyi əsas tutaraq hər iki şəxsə vəkil statusu verib və onlar Kollegiyanın üzvü qəbul olunublar".

Əliyev Mayis Nəbi oğlu 1968-cı il oktyabr ayının 21-də Tovuz rayonunun Yanıxlı kəndində anadan olub.1989-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1994-cü ildə həmin fakültəni hüquqşünaslıq ixtisası üzrə bitirib.

22 noyabr 1996-cı ildən Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti vəzifələrində işləyib. Hal-hazırda həmin kafedranın professoru vəzifəsində çalışır.





Qasımov Alış Məmiş oğlu 1960-cı ildə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub.


1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Hüquq fakültəsinin axşam şöbəsinə daxil olmuş və 1988-ci ildə oranı «Hüquqşünaslıq» ixtisası üzrə bitirib.1989-cu ilin fevralın 21-dən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin metodisti, baş metodisti, müəllimi, baş müəllimi, dosenti, dekan müavini vəzifələrində işləyib.2002-ci ilin fevralın 18-dən 2011-ci ilin iyulunadək Mülki proses, əmək və ekologiya hüququ kafedrasına rəhbərlik etmiş, 2011-ci ilin iyulundan bu günədək Əmək və ekologiya hüququ kafedrasının müdiridir.


Mircəlal Məcidov
Femida.az

Açar sözlər: #Vəkillər_Kollegiyası   #Vəkil   #İmtahan   #Hüquqşünas  

Oxunub: 12271