Veteranlar parada çıxacaq - Ordunun 100 illiyi ilə bağlı


01:57     27 Aprel 2018 18_04_26_1524765498.jpg


İyun ayının 26-da, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı Bakı şəhərində keçiriləcək hərbi paradda maraqlı bir yenilik planlaşdırılır.

Bu barədə “AzeriDefence”yə açıqlamasında Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məlumat verib.

C.Xəlilovun sözlərinə görə, Azərbaaycanın müstəqllik tarixində keçirilən hərbi paradlardan ilk dəfə olaraq bu ilkində İkinci Dünya Müharibəsi veteranları da keçid edəcəklər.

“Planlaşdırmışıq ki, həmin dövrün müharibə veteranları hərbi geyimdə, maşında 416-cı Taqanroq diviziyasının bayrağı ilə tribuna önündən keçsinlər”, – deyə C. Xəlilov bildirib.

Qeyd edək ki, Azərbaycanın müstəqliiyi dövründə 1991-ci ildən indiyədək Bakı şəhərində 4 (1992, 2008, 2011 və 2013-cü illərdə), Naxçıvan şəhərində isə 1 hərbi parad keçirilib.

Femida.az

Açar sözlər: #parad   #hərbi   #ordu  

Oxunub: 2309