İlahiyyat İnstitununda təhsil ödənişsiz olacaq


16:16     01 May 2018 DINI%20QUR.jpg

"Azərbaycan İlahiyyat İnstitutu hələlik Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin nəzdində fəaliyyət göstərəcək".

Femida.az-ın xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, növbəti mərhələdə Azərbaycan İlahiyyat İnstitunu üçün ayrıca binanın ayrılması, yaxud da kampusun inşa edilməsi nəzərdə tutulub.

Azərbaycan İlahiyyat İnstitutunda təhsilin ödənişsiz olacağını vurğulayan M. Qurbanlı qeyd edib ki, ilkin mərhələdə instituta 2 fakültə üzrə 60 nəfər qəbul ediləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradacaq.

Femida.az

Açar sözlər: #İlahiyyat   #Din   #Azərbaycan   #Sərəncam  

Oxunub: 1023