Nabranda güllələndiyi deyilən polis rəisi: “Bakıda, iş başındayam”
23:57 10 May 2018
Bəzi KİV-lər Binəqədi rayon Mühafizə İdarəsinin rəisi, Xaçmaz rayon icra hakimiyyəti baçısı Şəmsəddin Xanbabayevin oğlu Samir Xanbabayevin Nabrdandakı istirahət mərkəzlərindən birində guya hansısa yüksək vəzifəli məmurun oğlu ilə mübahisə zamanı güllələndiyi haqda xəbər yayıblar.
Femida.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, bu məlumat tamamilə uydurmadır. “Biz bu informasiyanı qəti təkzib edirik. Samir Xanbabayev hazırda Bakıda, iş yerindədir”-mətbuat xidməti bildirib.
Həmin xəbərdə iddia olunurdu ki, insidentdə yaralanan polis rəisi Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin xəstəxanadan saytımıza bildiriblər ki, onlara bu adda xəstə daxil olmayıb.
Bu arada yaralandığı haqda şaiyə yayılan polis rəisinin özü də redaksiyaya zəng vurub, hazırda Bakıda, işinin başında olduğunu deyib. “Mən anlamıram ki, bu dezinformasiyanı kim və hansı məqsədlə yayıb. Mən bu günlərdə ümumiyyətlə Bakı şəhərini tərk etməmişəm, iş yerimdəyəm. Bu, açıq-aşkar təxribatdır”-polkovnik-leytenant Samir Xanbabayev kifayət qədər gümrah səslə bildirib.
Femida.az
Oxunub: 1835
Oxşar xəbərlər
- Dostunu xilas etmək istədi, özü də boğuldu - Nabrandakı faciənin təfərrüatı
- Nabranda avtomobil 2 piyadanı vurub, biri ölüb
- Bakı sakinləri Nabranda boğuldular - Biri sağ qaldı
- Bakı sakinini Nabranda daşla vurub öldürdü
- 6 gün öncə Nabranda batan uşağın meyiti tapıldı - Dağıstan sərhədində
- "Dənizdə boğulan uşağın cəsədi 4 gündür niyə tapılmır?" - FHN-dən AÇIQLAMA
- DİQQƏT! - Nabranda dənizə girməyin
- Xudat-Nabran avtomobil yolu yenidən qurulub
- Nabranın bələdiyyə sədri cərimələndi
- Nabranda ağır yol qəzası: 5 nəfər xəsarət alıb