Muxtar Babayev Misir səfiri ilə görüşüb


21:17     11 May 2018 2018/05/1-1-(12)_1526044716.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) nazir Muxtar Babayevlə Misirin Azərbaycandakı səfiri Abel İbrahim arasında tanışlıq görüşü keçirilib.



ETSN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Misir arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb.

Gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1147