Göygöldə "KamAZ" aşdı - 2 nəfər öldü


14:05     26 May 2018 kamaz-ashib-kamaz-ashib-kamaz-asib.jpg

Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az xəbər verir ki, "KamAZ" markalı yük avtomobilinin Dozular kəndində dərəyə aşması nəticəsində hadisə yerində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Xəsarət alan şəxslərdən Gəncə sakini, 1983-cü il təvəllüdlü Eldar Fərzəliyev xəstəxanaya aparılarkən yolda keçinib. Digər xəsarət almış şəxs xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Göygöl   Kamaz   Xəstəxana  

Oxunub: 2676